select * from menu where id="1"

Haqqımızda

 “Buta” körpələr evi uşaq-bağçası 22 avqust  2011- ci ildən fəaliyyətə başlamışdır.Nəsimi rayonunda fəaliyyətə başlayan “Buta” körpələr evi-uşaq bağçası 23 sentyabr 2013-cü ildə Sabunçu rayon Bakıxanov qəsəbəsində ikinci korpusu açılmışdır.Hal-hazırda iki korpusla fəaliyyət göstərən “Buta” körpələr evi-uşaq bağçası tam şəkildə uşaqların xidmətindədir.Bundan başqa 15 sentyabr 2014-cü ildə “Buta” körpələr evi uşaq bağşasının nəznində “Buta” psixologiya və inkişaf mərkəzi fəaliyyətə başlamışdır.
 “Buta” körpələr evi-uşaq bağçası özəl məktəbəqədər təhsil müəsisəsi olmaqla fasiləsiz milli təhsilin həyata keçirilməsində ilkin pillə olmaqla, cinsindər, irqindən, dilindən, dinindən, milliyətindən, sosial vəziyyətindən, mənşəyindən asılı olmayaraq  Azərbaycan Respublikasında yaşayan bütün məktəbəqəqdər  yaşlı uşaqların, onların valideynlərinin (qanun nümayəndələrinin) arzusuna uyğun olaraq tərbiyəsi və təhsilə hazırlanması ilə məşğul olur.
“Buta” körpələr evi-uşaq  bağçası öz fəaliyyətini Azərbaycan Respublikasının  Konstitusiyası “Təhsil haqqında” Azərbaycan  Respublikasının müvafik qanunvericilik akdlarına əsasən həyata keçirir.
“Buta” körpələr evi-uşaq bağçasının fəaliyyəti məktəbəqədər təhsilin aşağıda göstərilən vəzifələrinin yerinə yetirilməsinə istiqamətləndirilir.
1.Uşaqları fiziki və fiziki sağlamlığına və möhkəmləndirilməsinə;
2.Hər bir uşağın fərdi xüsusiyyətlərini nəzərə alınmaqla onun fiziki, psixi, intelektual və şəxsi inkişafina;
3.Nitq qüsurlarını aradam qaldıraraq rabitəli nitqin inkişaf etdirilməsinə;
4.Milli-mənəvi dəyərlərinə istinad edərək əxlaqi keyfiyyətlərin tərbiyə olunmsına;
5.Uşaqların tərbiyə olunmasında ailələrə köməklik göstərilməsinə və uşağın hərəkətli  inkişaf etdirilməsinə.
“Buta” körpələr evi-uşaq bağçası il boyu fasiləsiz olaraq fəaliyyət göstərir.
Uşaqları savadlı intelektual, bacarıqlı, sağlam, şən və xoşbət gələcəyə yetişdirən  “Buta” körpələr evi-uşaq bağçası aşağıdakı xidmətlərilə işləyir:                 
Inkişafetdirici proqram:
1.Azərbaycan dili
2.Rus dili
3.İngilis dili
4.Məktəbə hazırlıq
5.Məntiq
6.Şahmat
7.Rəsm
8.İdman
9.Rəqs
10.Musiqi
11.Kompyuter dərsləri
12.Bacarıqlı Əllər
13.Bədii gimnastika
14.Uşaq teatr studiyası
 
Oyun proqramı:
1.Məntiqi və əqli oyunlar
2.Müxtəlif maraqlı və şən oyunlar
Qidalanma:
1.Səhər yeməyi
2.Nahar ( 3 çeşiddə)
3.Qəlyənaltı ( meyvə və ya təbii şirə)
4.Şam yeməyi ( menyudan asılı olaraq çay və ya kompotla verilir)
5.Çay saatı ( müxtəlif şirniyatlarla)
Xidmətlər:
1.Tibbi xidmətlər(pediatr)
2.Psixoloq məşğələsi
3.Loqoped məşğələsi
4.İnternet asitəsilə uşaqları Online izləmə (planşet, telefon və ya kompyuterə xususi proqram yüklənir, fasiləsiz müşahidə edilə bilir)
5.Bağça 24 saat “Buta” mühafizə xidmətindən qorunur
Əlavə xidmətlər:
1.Karnaval studio şənliklərdə uşaqlar və böyüklər üçün müxtəlif, rəngarəng kostyum çeşidləri.
2.Müxtəlif ekskursiyaların təşkili.
3.Bayram və ad günlərinin professional  aktyorlar tərəfindən təşkili.
4.Professional vidio və  foto çəkilişi, uşaq şənliklərinin və ad günlərinin təşkili.
5.Saat  hesabı dayəlik xidməti.
6. “Buta  Studio” uşaq gözəllik salonu.
“Buta” körpələr evi-uşaq bağçasında tədris dili  dövlət dili-Azərbaycan dilidir.Valideynlərin arzusu və istəyi ilə tədris dövlət standartları əsasında digər dillərdə də aparılır.Bağçada Azərbaycan, Rus və fərqli dillərdə qruplar var.
Məktəbəqədər təhsilin məzmununu Azərbaycan Respublikasının  Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş dövlət təhsil standartları əsasında hazırlanmış proqram (kurikulum) uşaqların yaş və fərdi xususiyyətləri nəzərə alınmaqla həyata keçirilir.
“Buta” körpələr evi uşaq bağçası öz işini uşaqların inkişafının aşağıdakı prioritet istiqamətləri əsasında qurur.
İntelektual
Fiziki
Bədii estetik və digər
Aşağıdakı məşğələlər həyata keçirilir;
1.Ətraf aləm və ictimai həyat hadisələri ilə tanışlıq.
2.Nitq inkişafı və savad təlimi
Təsviri fəaliyyət (rəsm, gil,yapma)
4.Musiqi (rəqs)
5.İdman
6.Quraşdırma
7.Bədii Ədəbiyyat
8.Sensor tərbiyə
9.Xarici dil (rus və ingilis)
Bağçada məşğələlərlə yanaşı dərnəklərdə fəaliyyət göstərir.
Şahmat;
Bacarıqlı Əllər;
Kompyuter;
Rəqs;
Rəsm;
Bədii gimnastika;
Uşaq teatr studiyası;
Tədris prosesində uşaqların meyl, marağı və fərdi xüsusuyyətləri nəzərə alınır.
Həmşinin uşaqları fiziki və psixi zorakılıqdan qorunmaq. valideynlərlə əməktaşlıq etmək, tədrisin keyfiyyətini daimi artirmaq nəzərdə tutulu.
         Uşaqların “Buta” körpələr evi-uşaq bağçasına  qəbulu üçün aşağıdakı sənədlər tələb olunur;
Müəsisə müdirinin adına ərizə;
Valideynin (qanuni nümayəndənin) şəxsiyyətini təsdiq edən sənədin surəti;
Mübadilə vərəqəsi (sağlamlıq haqda arayış);
Uşağın doğumu haqqında şəhadətnamənin surəti;
3*4 ölçüdə 2 ədəd foto şəkil;
“Buta” körpələr evi-uşaq bağçasıa uşaq qəbulu zamanı  validyni (qanuni nümayəndəsi) ilə müəsisə arasında müqavilə bağlanılır;
Uşaq aşağıdakı hallarda bağçadan xaric edilə bilər;
Valideynin (qanuni nümayəndənin) ərizəsinə əsasən;
Tibbi göstərişlərə əsasən;
Müqavilənin şərtləri yerinə yetirilmədikdə